Azərbaycanda toylarla bağlı qadağa     - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toylarla bağlı qadağa   - Video

Sosial

05 Fevral 2024 09:48 50698


Bakıda toyda gözlənilməzhadisə baş verib. 

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.  Toyuqlu pizza

Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar. 

Ümumiyyətlə qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. 

Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib. 

Ətraflı süjetdə: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!