Azərbaycanda vəzifəli şəxs tullantıya görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs tullantıya görə cərimələndi

Sosial

28 Aprel 2022 10:34 740


Aprelin 27-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.   

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “ZİL” markalı avtomobilin sürücüsü Bəhram Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov barəsində inzibati protokollar  tərtib edilib. Sezar pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!