Azərbaycanda yoluxma artdı:   1 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma artdı: 1 nəfər öldü

Sosial

07 İyun 2022 16:51 1324


Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Yeni Sabah"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir. Dördpendirli pizza

Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!