Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 511 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir. pizza hut
Ölkədə son sutka ərzində 2506, hazırkı dövrədək isə 6 668 546 test aparılıb.
Telegram kanalımız