Azərbaycanda yoluxma yenə artdı:   19 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma yenə artdı: 19 nəfər öldü

Sosial

22 Fevral 2022 16:49 818


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. 26 198 nəfər aktiv xəstə sayını təşkil edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 318, bu günə qədər isə ümumilikdə 6 501 358 test icra olunub.

Qeyd edək ki, dünən ölkədə 1009 yeni yoluxma qeydə alınmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!