Azərbaycanda yoluxma zirvədə: Nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma zirvədə: Nə olacaq?

Sosial

31 Yanvar 2022 07:15 7562


Dünən Azərbaycanda pandemiya başyalandan yeni rekord - 4 943 yeni yoluxma faktı qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, durumu dəyərləndirən ekspert Natiq Cəfərli bildirib ki, indi bütün dünyada belədir:

“Virusun son dalğasını yaşayırıq, bəşəriyyət təbii yolla "vaksinləşir", nəhayət ki, təbii və kütləvi imunitet yaranır. Ona görə də, panikaya qapılmırıq, cəmi 3-4 həftə belə gedəcək, gələn həftənin ortasından sağalanların sayı kəskin artmağa başlayacaq, sonra yoluxmalar kəskin azalacaq. Mart ayında, Novruz Bayramına yaxın yoluxmalar minimum həddlərə düşəcək.  Sezar pizza

İnsanlar bu bəladan artıq bezib, son 2 ildə dünyada bəşəriyyətin, insanların son 200 ildə qazandığı bütün haqq və azadlıqlarını tapdaladılar, virusla mücadilə etməkdənsə insanlıqla mücadilə etdilər, mənasız, məzmunsuz qərarlar aldılar, amma artıq sondur, artıq bitir, aprel-may aylarına, dünyada məzuniyyətlər mövsümünün başlanmasına yaxın bütün məhdudiyyətlər ləğv ediləcək, dünya rahat nəfəs almağa başlayacaq. 

Bundan sonra bəşəriyyət gərək son 2 ili ciddi sorğulasın, böyük araşdırmalar aparılsın ki, bir daha belə hüquqsuzluqlar təkrarlanmasın. 

Dünya ilk gündən panikanı yığışdırıb, virusa münasibəti dəyişib normal sağlıq problemləri ilə məşğul olsaydı daha az itgi ilə bu bəladan çıxardıq. 

Dünyada insanları virusdan daha çox panika, son 2 ildə başqa xroniki xəstələrin normal müalicə ala bilməməsi, axmaq qapanmalar, stress, işsizliyin, yoxsulluğun artması öldürdü”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!