18 Avqust - 06:36
Azərbaycanda 5 yaşlı qız qaynar suda yandı

Azərbaycanda 5 yaşlı qız qaynar suda yandı

Hadisə

06 Avqust 2022 09:41 576


Zaqatala rayonunun Muxax kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.

Yenisabah.az xəbər verir ki, azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!