Azərbaycanda cəmi 21 koronavirus xəstəsi var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda cəmi 21 koronavirus xəstəsi var

Sosial

12 May 2022 09:57 130


Azərbaycanda koronavirus epidemiyası artıq sona çatmaq üzrədir. Hər gün açıqlanan koronavirus statistikasından da bunu müşahidə edirik. Son statistikaya əsasən ölkədə 13 yoluxma halı qeydə alınıb, 3 nəfər isə sağalıb. Ölkədə aktiv koronaviruslu xəstə sayı isə 70-dir.

Bəs, müalicə olunan şəxslərdən neçəsinin vəziyyəti ağırdır? Neçəsi tibb müəssisələrində müalicə alır?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda tibb müəssisəsində ümumilikdə 21 koronavirus xəstəsi müalicə alır. Toyuqlu pizza

TƏBİB rəsmisinin sözlərinə görə, yoluxanlardan 8 nəfəri reanimasiyadadır və onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyasına yoluxma halı azaldığı üçün 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!