Azərbaycandan qaçmışdı, Qazaxıstanda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan qaçmışdı, Qazaxıstanda tutuldu

Kriminal

17 Avqust 2026 17:01 20


Azərbaycan vətəndaşı Tahir Əskərov Aydın oğlu Qazaxıstandan Azərbaycana ekstradisiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanladığı ekstradisiya sorğusu və tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Əskərovun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Dördpendirli pizza

Əskərovun Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə satış məqsədilə külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 25 fevral 2026-cı il tarixdə onun Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub.

İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilib və Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əskərov Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb.

Ekstradisiya prosedurları başa çatdıqdan sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!