Azərbaycanın bu bölgələrinə qar yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgələrinə qar yağır - FAKTİKİ HAVA

Sosial

07 Aprel 2024 15:00 554


Aprelin 7-si saat 14:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağ, Xınalıqda qar yağır. Dominos pizza

Cənub-şərq küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!