Azərbaycanın bu bölgəsində temperatur mənfi 15 dərəcəyədək endi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgəsində temperatur mənfi 15 dərəcəyədək endi 

Sosial

09 Fevral 2023 10:04 907


Azərbaycanın şimal bölgəsində ən çox qar Qusarın Ləzə kəndinə yağıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Qusarın rayon mərkəzində isə 10 santimetr qar var. 

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Yenisabah.az-a bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur (-14,2 dərəcə) Qubanın Xınalıq kəndində qeydə alınıb. 

Qubanın rayon mərkəzində 9, Xınalıqda 16, Xaltanda 14, Qrızda 12, Xızı rayonunun Altıağac qəsəbəsində 7 santimetr hündürlüyündə qar qeydə alınıb.  Pepperoni pizza

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. 

Yollarda ən ciddi problem Quba-Qusar və Quba –Xınalıq yolunda qeydə alınıb. Quba-Qusar yolunun Digah kəndi ərazisindən keçən hissəsindəki dolaylarda, eniş və yoxuşlarda avtomobillərin hərəkəti çətinləşib. 

Çətinlik yaşanan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba və Qusarda yerləşən yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunub. 

Hazırda Quba-Qusar, həmçinin Quba–Xınalıq yollarında ağır texnika ilə təmin edilən növbətçi briqadalar fəaliyyət göstərir. Bununla belə təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!