Azərbaycanın bu bölgəsinə dolu düşdü
22 May 2020 22:24
522

Azərbaycanın bu bölgəsinə dolu düşdü

Azərbaycanın qərb bölgəsində əlverişsiz hava şəraiti müşahidə olunmaqdadır.  

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.  

Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb.  

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər