Azərbaycanın icra başçıları İrana niyə gedib?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın icra başçıları İrana niyə gedib?

Siyasət

18 Noyabr 2025 16:52 18327


Azərbaycanın 2 icra başçısı İrana gedib.

"Yeni Sabah" xəbər verir ki, bu, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur.

Hər iki rəsmi şəxs İranda keçirilən Xəzəryanı ölkələrin vilayət rəhbərlərinin toplantısında iştirak edir. Dominos pizza

Toplantıda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün Xəzər dənizinin əhəmiyyəti, habelə dənizin çirklənməsi, regional iqlim dəyişikliyi, birgə əməkdaşlıq tələb edən məsələlər, o cümlədən su ehtiyatları və yaşıl ətraf mühitin təmin edilməsi ilə bağlı əməkdaşlıq və digər məsələlər müzakirə edilir.

İclasda İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!