Azərbaycanın qapalı sərhədləri:   Quru yolla gediş-gəliş yoluxmanı artıra bilər?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın qapalı sərhədləri: Quru yolla gediş-gəliş yoluxmanı artıra bilər?

Sosial

07 İyun 2022 14:48 1916


İyunun 1-də Azərbaycanın quru sərhədlərinin açılacağı gözlənilsə, də bu proqnoz özünü doğrultmayıb. Sərhədlərin hələ də bağlı qalması müxtəlif səbəblərlə izah olunur. Bəzi ekspertlər bunu ölkədə yoluxma sayının kəskin artacağı ilə əlaqələndirirlər.

Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, quru sərhədlərin açılacağı təqdirdə, yoluxmanın artacağını düşünmür:

“Onsuz da hava yolu açıqdır. Təyyarələrlə xaricdən gəlib-gedənlər var. Quru yol açıq olanda yalnız qonşu ölkələrdən gəliş-gediş olur. Qonşu ölkələrdə də hazırda epidemioloji vəziyyət sabitdir. Təqribən Azərbaycana uyğundur. Ciddi yoluxma olacağını düşünmürəm. Sezar pizza

Hava yolu ilə gələnlərin xəstə olma ehtimalı daha çoxdur. Amma gələnlər müayinə olunur. Bu, çətin proses deyil. Quru yolların açılacağı təqdirdə yoluxmanın artacağını düşünmürəm”.

Nəzrin Vahid  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!