Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu

Siyasət

17 İyul 2026 22:20 63


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.

"Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan - Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. pizza sifarişi

Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal təşviqi, biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!