Azərbaycanlı hacıların Vətənə qayıdacağı tarix məlum olub.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri “Yeni Sabah”a açıqlamasında bildirib ki, proses iyunun 6-da başlayacaq və 3 gün davam edəcək:
“İyunun 6-sı, 7-si və 9-da səhər və axşam olmaqla gündə iki reys həyata keçiriləcək. Hacılar həmin reyslərlə Bakıya dönəcəklər”. Pepperoni pizza
Onun sözlərinə görə, ziyarət Mədinə şəhərində Məhəmməd Peyğəmbərin məzarını ziyarətlə bitəcək. Amma bəzi şəxslər Mədinə şəhərinə getmədən Ciddədən Bakıya qayıtmaq qərarı veriblər. Artıq həmin qrup Bakıya yola düşüb.
QMİ rəsmisi deyib ki, azərbaycanlı hacıların səhhəti normaldır:
“Hamının durumu çox yaxşıdır, heç bir problem yoxdur”.
Qeyd edək ki, bu il Həcc ziyarətinə Azərbaycandan 1150 şəxs yollanıb.
Aytac Əliyeva
Telegram kanalımız