“İnsanlar problem içərisində yaşadıqlarına görə dəbi izləmirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamaında modelyer-dizayner Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yaz-yay kolleksiyasında yaşıl və qırmızının müxtəlif çalarları, trapes və boş biçimli natural parçalara üstünlük veriləcək: Toyuqlu pizza
“Artıq yaz fəslini geridə qoyuruq. 2022-ci ildə yaz-yay kolleksiyasında favorit rənglər açıq çəhrayı, qırmızı və yaşılın çalarları daha çox dəbdə olacaq.
Artıq natural parçalarda olan geyimlərə üstünlük veriləcək. O cümlədən şifon və kətana. Ən çox trapes biçilmiş ətəklər dəbdə olacaq. Boş köynəklərə üstünlük veriləcək.
Sırf bu rənglərin olmasının xüsusi səbəbi yoxdur. Sadəcə olaraq modanın mərkəzi Fransa və İtaliyadır, dəbi onlar diktə edir”.
Modelyer qeyd edib ki, azərbaycanlılar xalq olaraq dəblə ayaqlaşa bilmir:
“İnsanlar işə gedəndə rahat geyimlərə üstünlük verirlər. Bununla yanaşı, o qədər problemlər içərisində yaşayırlar ki, dəbi belə izləyə bilmirlər. İzləsələr belə, arxasınca gedə bilmirlər”.
Ş. Maqsudovanın fikrincə, insanın öz üslubunu tapması elə dəbin özüdür:
“Əslində, yaraşanı geyinmək o deməkdir ki, sən öz tərzini bilirsən”.
Nəzrin Vahid
Telegram kanalımız