Azərbaycanlılar Kanadada təşkilat yaratdı - Fotolar

Azərbaycanlılar Kanadada təşkilat yaratdı -
İyun 15, 2019
Oxunma sayı: 206


Kanadanın Toronto şəhərində 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib.

450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə baş tutan tədbirdə “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyətin yaradıldığı elan edilib və ictimaiyyətə açıqlanıb.

“Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, cəmiyyətin əsas məqsədi Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar arasında əlaqələndirmə və eləcə də mədəni irsin və dəyərlərin qorunması üçün tədbirlərin təşkil edilməsidir. 

Tədbirdə Ontario əyalətinin parlament üzvləri də iştirak ediblər və azərbaycanlıları “Respublika günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildiriblər.

 

Yenisabah.az
Azərbaycanlılar Kanadada təşkilat yaratdı -
Azərbaycanlılar Kanadada təşkilat yaratdı -