Azərbaycan–Türkiyə arasında yeni mərhələ:   7,3 kilometrlik yol tikilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan–Türkiyə arasında yeni mərhələ: 7,3 kilometrlik yol tikilir

İqtisadiyyat

04 Sentyabr 2026 09:45 101


“Tbilisinin ətrafında formalaşdırılan yeni dolama yol Orta Dəhlizin avtomobil daşımaları komponenti baxımından da əhəmiyyətli layihəyə çevrilə bilər. Tbilisi yaxınlığında Tsitsamuri–Avçala hissəsinin tikintisi üzrə Çin şirkəti “China Railway Tunnel Group Co”  ilə 499,15 milyon lari dəyərində müqavilə imzalanıb. Layihənin 36 aya başa çatdırılması nəzərdə tutulur”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu, Orta Dəhlizin avtomobil komponenti üçün mühüm üstünlükdür:

“7,3 km-lik, 4 zolaqlı yolun əsas hissəsini hər birinin uzunluğu təxminən 3,4 km olan iki paralel tunel təşkil edəcək. Layihə sürəti 80 km/saat olacaq. Amma layihənin əhəmiyyəti yalnız yeni yol və tunellərlə məhdudlaşmır. Tsitsamuri–Avçala hissəsi daha böyük Tbilisi dolama yolunun bir parçasıdır. Növbəti mərhələdə Avçala–Hava limanı istiqamətində 22,5 km-lik hissənin inşası planlaşdırılır. Beləliklə, tranzit yük avtomobillərinin Tbilisinin şəhər küçələrinə daxil olmadan hərəkət etməsi üçün alternativ marşrut formalaşacaq. Bu, Orta Dəhlizin avtomobil komponenti üçün mühüm üstünlükdür: Sezar pizza

tranzit yük avtomobilləri Tbilisinin şəhər nəqliyyatından ayrılacaq;

marşrut üzrə hərəkət vaxtı və qeyri-müəyyənlik azalacaq;

şəhər daxilində tıxac və yol təhlükəsizliyi təzyiqi azalacaq;

Azərbaycan–Gürcüstan–Türkiyə istiqamətində avtomobil daşımalarının etibarlılığı yüksələcək;

gələcəkdə artacaq tranzit həcmləri üçün əlavə yol tutumu yaranacaq”.

Ekspert əlavə edib ki, Orta Dəhliz yalnız dəmir yolu deyil:

“Burada vacib məqam ayrı-ayrı yol hissələrinin deyil, bütöv tranzit marşrutunun yaradılmasıdır. Tsitsamuri–Avçala hissəsinin özü problemi tam həll etmir. Avçala–Hava limanı və digər hissələr də ardıcıl şəkildə tamamlandıqda Tbilisinin ətrafında fasiləsiz tranzit dəhlizi formalaşacaq. Ümumilikdə, söhbət təxminən 1,4 milyard lari dəyərində iki böyük layihədən gedir. Orta Dəhliz yalnız dəmir yolu deyil. Dəhlizin rəqabət qabiliyyəti dəmir yolu, avtomobil, dəniz və logistika infrastrukturunun birlikdə inkişafından asılıdır. Gürcüstanda Tbilisinin tranzit funksiyasını gücləndirən bu layihə də həmin kompleks yanaşmanın bir hissəsidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!