Azercell jurnalistləri mükafatlandırdı - Foto
17 Mart 2021 21:52
1289

Azercell jurnalistləri mükafatlandırdı - Foto

Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru “Azercell Telekom”-un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı.

Yenisabah.az xəbər verir ki, “Language Solutions” tədris mərkəzinin peşəkar müəllimləri tərəfindən ötən ilin əvvəlində ənənəvi formatda başlayan kurslar COVİD-19 pandemiyasının səbəb olduğu karantin dövründə müvəffəqiyyətlə onlayn formatda davam etdirilib. 

Çap və elektron nəşrlər, eləcə də tele-radio kimi kütləvi informasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün nəzərdə tutulmuş kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. 

Həmçinin onlayn formatda keçirilən mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə şirkət tərəfindən öncədən göndərilmiş rəqəmsal hədiyyələr təqdim olunub. “Azercell Telekom”-un prezidenti Vahid Mürsəliyev media nümayəndələrini təbrik edərək operativ məlumatların hazırlanmasında müxtəlif dillərdə olan resurlardan istifadənin və beynəlxalq səviyyədə KİV arasında mübadilənin vacibliyini vurğulayıb.   

Qeyd edək ki, Azercell 11 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnlaistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. Azercell ölkədə media nümayəndələri üçün artıq 7 000-dən çox jurnalistin istifadə etdiyi “Mediacell” tarifini hazırlayıb. Mobil operator Vətən müharibəsi zamanı cəbhə xəttinə ezam olunmuş söz meydanının sarsılmaz döyüşçülərini 100 azn həcmində danışıq və mobil internet balansı ilə də təmin etdi. Azercell-in ölkə mətbuatının inkişafına və dəstəklənməsinə yönəlik layihələri gələcəkdə də davam edəcək.   

Azercell jurnalistləri mükafatlandırdı - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər