“Azərişıq” Ağdam kəndində yenidənqurmaya başladı - Video
15 Sen 2020 17:43
342

“Azərişıq” Ağdam kəndində yenidənqurmaya başladı - Video

“Azərişıq”  ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.  

“Yeni Sabah” xəbər verir ki, erməni silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəymişdi. Bununla belə “Azərişıq”   ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə  sakinləri işıqsız qalmağa qoymadı. 

Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq”  ASC rəhbərliyi  düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidən qurma işlərinə start verib.  

Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər