“Azərişıq” ASC-nin nümayəndə heyəti ADNSU-da oldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC-nin nümayəndə heyəti ADNSU-da oldu - Fotolar

Sosial

07 Oktyabr 2022 12:40 1313


Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Energetika fakültəsinin (EF) dekanı, dosent Aydın Əliyev tədbir iştirakçılarını salamlayaraq, ASC nümayəndə heyətini təqdim edib.  

Görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.  Pepperoni pizza

Sonra Qarabağda görülən işlərdən bəhs edən “Zülmətdən işığa” filmi nümayiş olunub.

Tədbirdə həmçinin “Azərişıq” ASC ilə ADNSU tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan  tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.

Sonda tələbələrin  sualları cavablandırılıb. 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!