“Azərişıq“ ASC-nin sədri vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ ASC-nin sədri vətəndaşları qəbul edəcək

Sosial

09 Mart 2022 15:19 443


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-u saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Yevlax EŞ-nə və Mingəçevir EŞ-nə, həmçinin "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Sezar pizza

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!