“Azərişıq“ın sədri Baləkəndə qəbul keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ın sədri Baləkəndə qəbul keçirəcək

Sosial

05 Aprel 2023 15:17 554


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 6-da saat 10:00-da Balakən şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Yenisabah.az xəbər verir ki, qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. 

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Toyuqlu pizza

Qəbulda iştirak etmək istəyən şəxslər Balakən Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. 

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!