Babək prospektində avtomobil salonu yandı

saytların hazırlanması

Evə çatdırılma

Babək prospektində avtomobil salonu yandı

Hadisə

11 Avqust 2026 09:51 110


Babək prospektində avtomobil salonu yanıb.

"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Toyuqlu pizza

Yanğın nəticəsində ümumi sahəsi 15 kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən "BMW" markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.

Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!