Bacısı oğluna işgəncə verən xala həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bacısı oğluna işgəncə verən xala həbs olundu

Kriminal

04 Sentyabr 2025 13:12 537


Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qəyyumun zorakılığına məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Fakt üzrə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

14 yaşlı yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!