Bu xəstəliklərdən əziyyət çəkənlər artıq gözləməyəcək -   QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstəliklərdən əziyyət çəkənlər artıq gözləməyəcək - QƏRAR VERİLDİ

Sosial

02 Noyabr 2026 15:51 137


Azərbaycanda bir sıra xəstəliklərə görə əlilliyin qiymətləndirilməsi zamanı müalicə müddətinin tamamlanması tələb olunmur. Bu xəstəliklərə ağciyər sarkoidozu, oynaq ankilozu, demensiya, autizm və bir sıra hematoloji xəstəliklər daxildir.

Bu barədə "Yeni Sabah"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, həmin xəstəliklərdən əziyyət çəkən şəxslərin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və müvafiq qiymətləndirmə aparılır. Toyuqlu pizza

Qeyd olunub ki, son illər ölkədə əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı 14,6 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirilir. Göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edildikdən sonra adsızlaşdırılır.

Bu isə qiymətləndirmə zamanı şəxsin kimliyinin və göndərişi hansı tibb müəssisəsinin təqdim etdiyinin bilinməməsini təmin edir. Qərarlar yalnız göndərişdə əks olunan diaqnoz əsasında şəffaf və obyektiv şəkildə qəbul olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!