Dövlət Statistika Komitəsinin “Azərbaycanın Milli Hesabları” məlumatlarına əsasən, 2025-ci ildə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) strukturu və artım dinamikası məlum olub.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci il üzrə ÜDM-in sahələr üzrə bölgüsündə ən böyük pay 33,0% ilə sənaye sektorunun öhdəsinə düşüb. Sosial və digər xidmətlər 21,7%, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3%, nəqliyyat və anbar təsərrüfatı 9,6%, məhsula və idxala xalis vergilər 7,1%, tikinti sektoru 6,5%, kənd, meşə və balıqçılıq təsərrüfatı 5,9%, informasiya və rabitə 2,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi isə 2,1% təşkil edib.
2025-ci ildə ölkədə ÜDM-in real artım tempi əvvəlki illə müqayisədə 1,4%, qeyri-neft-qaz ÜDM-in artımı isə 2,7% olub. Hər nəfərə düşən ÜDM-in artım tempi isə 1,0% (baza indeksi 101,0) təşkil edib. Həmçinin ÜDM-də qeyri-dövlət bölməsinin payı üstünlüyünü saxlamaqda davam edərək 80%-dən yuxarı səviyyədə qərarlaşıb. pizza sifarişi
Cəlalə Cəlalqızı
Telegram kanalımız