Xaricə qaçan azərbaycanlı ilə bağlı SON XƏBƏR!

saytların hazırlanması

Evə çatdırılma

Xaricə qaçan azərbaycanlı ilə bağlı SON XƏBƏR!

Kriminal

02 Noyabr 2026 15:48 115


Monteneqroda saxlanılan və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Dadaşzadənin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah"a məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Dadaş Dadaşzadənin Azərbaycana ekstradisiyasına razılıq verilib. Marqarita pizza

Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.

İstintaqdan yayınaraq gizləndiyinə görə Dadaş Dadaşzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilən tədbirlər nəticəsində onun Monteneqro ərazisində olduğu yer müəyyənləşdirilərək saxlanılması təmin edilib.

Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəmizə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!