“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat etdi

Sosial

15 Dekabr 2023 17:35 945


"Bakı Metropoliteni" QSC-nin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov vəfat edib. 

Bu barədə Yenisabah.az-a qurumdan bildirilib. 

O, 1945-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsini "Qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi" ixtisası üzrə bitirib.  pizza mizza

C.Yusifov Bakı metrosunda 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb, sonra tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub, 1993-cü ilin noyabrında Nazirlər Kabinetinin Qərarı ilə metronun rəisi təyin edilib, 1997-ci ilə qədər bu vəzifədə çalışıb, sonrakı illərdə əmək fəaliyyətini metroda müxtəlif vəzifələrdə davam etdirib. 

C.Yusifov 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Şöhrət” ordeninə layiq görülüb, metroda göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib. 

Allah rəhmət eləsin! 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!