Bakı metrosunda qorxulu anlar -  Foto
15 Dek 2019 14:32
164

Bakı metrosunda qorxulu anlar - Foto

Bu gün səhər saatlarında Bakı metropoliteninin "Azadlıq prospekti” stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üstünə yıxılıb.  

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz "Facebook” profilində yazıb. 

Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər. Tezliklə "Dərnəgül” stansiyasından qatar gəlsə də, xoşbəxtlikdən ağır faciə baş verməyib. 

Relslərə yıxılan şəxs huşunu itirmiş halda olub.  

Ayıldıqdan sonra polis əməkdaşları onu müayinə üçün aparıblar. 



Oxşar xəbərlər