Bakı Metropoliteninin inkişafında strateji əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi başa çatıb və obyekt qismən istismara verilib.
Yeni Sabah xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin mühüm infrastruktur layihələrindən biri olan depo 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq inşa edilir. pizza mizza
“Dərnəgül” elektrik deposu Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsidir. Depo bundan sonra Yaşıl xəttə xidmət göstərəcək.
Obyektdə qatarların təmir-baxış və texniki qulluğunun aparılması, gecələməsi, eləcə də digər texniki proseslərin həyata keçirilməsi üçün müasir şərait yaradılıb.
Aytac Əliyeva
Telegram kanalımız