Azərbaycanda institutun adı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda institutun adı dəyişdirildi

Siyasət

12 Noyabr 2026 23:59 73


Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi hesab olunur. İnstitutun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Naxçıvan Dövlət Universitetinə keçirilib. Sərfəli qiymətə məhsullar

Artıq bu gündən etibarən Naxçıvan Müəllimlər İnstitutunun binasının üzərindəki loqo və ad dəyişdirilib. Binanın üzərindəki əvvəlki yazı yenilənərək "Naxçıvan Dövlət Universiteti" yazısı ilə əvəz olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!