Bakı Nəqliyyat Agentliyi məhkəməyə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Bakı Nəqliyyat Agentliyi məhkəməyə verildi 

Sosial

04 Aprel 2023 10:47 854


“Bakı Nəqliyyat Agentliyi” PHŞ-nə gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Yenisabah.az FED-ə istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə  malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.  pizza mizza

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hakim Kamranovun icraatındadır. 

Məhkəmə ilə əlaqəli baxış iclası 14.04.2023, saat 15:10-a təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!