Bakı-Şamaxı-Yevlax yolunda hərəkət MƏHDUDLAŞDIRILIR

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət MƏHDUDLAŞDIRILIR

Sosial

23 Aprel 2022 12:37 435


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA qeyd edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!