Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan   REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan REPORTAJ

Sosial

08 Fevral 2022 18:45 847


“Uşaq dünyaya gətirən 15 yaşlı qızın xəstəxanaya gətirilən zaman vəziyyəti ağır idi”.

Yenisabah.az xəbər verir ki, bunu 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim-ginekoloqu Pərvanə Orucova deyib.

O bildirib ki, xəstənin həyati vacib göstəricilərinin sıfır olduğu müəyyən edildikdə qız xəstəxananın reanimasiya şöbəsinə göndərilib: Dominos pizza

“Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstə qısa zaman kəsiyində dünyasını dəyişdi. Anasının və ərinin dediyinə görə, qızın bir gün öncə hamiləliyi pozulub, döl tələf olub. Hamiləliyin kim tərəfindən və hansı formada pozulması ilə bağlı heç bir məlumat yoxdur. Ərinin söylədiyinə görə, bu, 1 saat əvvəl, anasının dediyinə görə isə bir gün öncə olub”.

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxslə ailə həyatı qurub.

Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!