Bakıda avtobus yandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus yandı - VİDEO

Hadisə

12 Avqust 2026 22:20 32


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. 

"Yeni Sabah" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Sezar pizza

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb. 

Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!