Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava limanı və Heydər Əliyev prosrekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, sürət həddinin endirilməsində məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik." pizza sifarişi
Telegram kanalımız