Bakıda bu ərazilər PLANA DÜŞDÜ   - MİNLƏRLƏ EV SÖKÜLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu ərazilər PLANA DÜŞDÜ - MİNLƏRLƏ EV SÖKÜLƏCƏK

Sosial

18 Fevral 2026 22:11 12872


 

Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma işləri davam edir. Ərazidə ilin sonuna kimi 4200-dən artıq mənzil söküləcək.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bugünə qədər 1880 mənzil sahibi ilə razılaşmanın əldə edildiyini bildirib: pizza sifarişi

"Onlardan 1570 ailə artıq köçürülüb. Təxmini 600-ə qədər mənzil tamamilə 850-yə yaxın mənzil isə qismən sökülüb. İstismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan fərdi yaşayaış evləri, çoxmənzilli yaşayış binaları sökülür. Ərazidə bəzi binaların tarixi olduğunu sübut olunduqdan sonra Mədəniyyət Nazirliyinin tabeliyinə verilri. Həmin binalarda artırmalar söküldükdən sonra restavrasiya işləri bitəcək və sakinlər əvvəlki kimi yaşayacaq. Digər abidələr də qorunub saxlanılacaq. Ərazidə sökülən evlərin yerinə parklar salınacaq", - deyə o, qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!