Bakıda yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan sürücü saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Fərhad saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Dördpendirli pizza
Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka müddətinə inzibati qaydada həbs edilib.
Aytac Əliyeva
Telegram kanalımız