“Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri

saytların hazırlanması

Evə çatdırılma

“Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri

Şou

23 Oktyabr 2026 17:05 139


“Bu gün bir çox xəbər səhifələri “Azərbaycanda benzin və dizellə çalışan avtomobillər yığışdırılacaq”, “Azərbaycanda təbii qazla çalışan kombilərə qadağa qoyulacaq” başlıqları ilə ard-arda paylaşımlar edirlər. Sanki insanların qəsdinə durublar, əsəbləri ilə oynayırlar. Elə bil bilərəkdən bu formada yazırlar ki, insanlarda təşviş yaransın. O qədər absurd görünür ki, heç birini açıb oxumaq da istəməmişəm”.

"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

O qeyd edib ki, gələcək üçün belə bir dəyişiklik nəzərdə tutulursa, ilk addım yeni benzin və dizel avtomobillərinin satışına məhdudiyyət qoyulması ola bilər: Sezar pizza

“Birincisi, camaat borca-xərcə, kreditə girib maşın alıb. Gələcək üçün belə bir dəyişiklik nəzərdə tutulursa, məncə,  ilk addım yeni benzin və dizel avtomobillərinin satışına məhdudiyyət qoyulması ola bilər. Sonra isə mövcud avtomobillərlə bağlı keçid mərhələli şəkildə həyata keçirilə bilər.

İkinci məsələ kombilərdir. Camaat kombini də, istilik sistemini də dövlətdən havayı almayıb. Əziyyətlə qazandığı pulla alıb quraşdırıb. Əgər gələcək üçün belə bir keçid düşünülübsə, mənim məntiqimlə, əvvəlcə qazla işləyən kombilərin satışı və yeni sistemlərin quraşdırılması məsələsi həll olunmalıdır. Bu başlıqlardan elə çıxır ki, sabah gəlib camaatın evindəki kombini sökəcəklər.

Gələcək üçün nəzərdə tutulan dəyişiklikləri niyə elə təqdim edirsiniz ki, sanki sabahdan insanların maşınları əllərindən alınacaq, evləri istiliksiz qalacaq? Nə vaxt, necə, hansı şərtlərlə olacağını başlıqda da aydın yazmaq olmaz? İnsanların onsuz da qayğısı az deyil. Bir az da məsuliyyət hiss edin”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!