SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldilər

Dünya

23 Oktyabr 2026 18:26 106


ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Xerson vilayətinin Alyoşki ərazisində lokal atəşkəs barədə razılığa gəliblər. Bu müvəqqəti sülh rejimi oktyabrın 29-dan etibarən qüvvəyə minəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rəsmi məlumat Ağ Evin veb-saytında dərc olunub.

Bildirilir ki, hər iki dövlət Alyoşkidə bütün hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılıq verib. Əsas məqsəd humanitar yardımların çatdırılmasını təmin etmək və xüsusi dəhliz vasitəsilə dinc əhalinin təxliyəsinə hazırlıq görməkdir. pizza sifarişi

Ağ Evdən verilən açıqlamada vurğulanıb ki, Melaniya Tramp və onun nümayəndəsi lokal atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə danışıqlar aparıblar.

"Hər iki ölkənin mülki rəhbərləri sakinlərə hansı köməyin lazım olduğunu müəyyən etmək üçün Alyoşkidə onların evlərinə birgə baş çəkəcəklər. Təxliyə olunmaq istəyən vətəndaşlara tələb olunan dəstək göstəriləcək və onların seçdikləri təyinat nöqtəsinə getmələri üçün nəqliyyat vasitəsi ayrılacaq", - deyə ABŞ-nin birinci xanımı bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!