Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Yeni Sabah" xəbər verir ki, toy məclisindən çıxan Şərif Nərimanov, Elmin və Rahib Əminov qardaşları ilə Vüqar Şirinzadə arasında mübahisə baş verib.
KriminalVətən müharibəsi qazisini qətlə yetirən şəxs saxlanıldı - Foto pizza mizza
Mübahisə zamanı Vüqar Şirinzadə hər üç şəxsi bıçaqlayıb. Xəsarət alan şəxslərdən Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edək ki, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, 33 yaşlı qazi Rahib Əminov Vətən müharibəsi iştirakçısı olub./Oxu.az
Telegram kanalımız