Siyavuş Novruzovun hərbçilərlə bağlı sözləri   MÜZAKİRƏ YARATDI – “Orduda şeir oxuyacaqlar?”

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovun hərbçilərlə bağlı sözləri MÜZAKİRƏ YARATDI – “Orduda şeir oxuyacaqlar?”

Siyasət

23 Oktyabr 2026 18:35 401


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.

"Yeni Sabah" xəbər verir ki, müzakirələr zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

“Bu qanun layihələrinin qəbul olunması ordumuzun güclənməsinə, onun intellektual səviyyəsinin artmasına xidmət edir. Bütün müharibələrin və döyüşlərin əsas aparıcı faktoru insandır. 44 günlük Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, suverenliyin bərpa olunmasında da biz şahidi olduq ki, qəhrəman Azərbaycan əsgərinin rolu əvəzolunmazdır”, - S.Novruzov deyib. pizza

Deputat bildirib ki, hansı texnikanın olmasından asılı olmayaraq, insan faktoru aparıcı roldur, ordunun əsasını insan faktoru təşkil edir:

“O baxımdan onların seçilib yığılması, rütbələrinin artırılması, digər təlimlərin, tədrislərin keçirilməsi insan faktorunun daha da zənginləşməsinə xidmət edən amillərdəndir. Biz burada göstəririk magistratura, doktorantura və sair. O sahələr burada nəzərdə tutulmalıdır ki, ordu ilə bağlılığı olsun. Götürək ki, filologiya və yaxud da fəlsəfənin magistrinin orduya nə aidiyyəti var? Orda fəlsəfə dərsi deyəcək? Və yaxud da filologiyadan olan orada şeir oxuyacaq? Yəni riyaziyyatdır, fizikadır, kimyadır, coğrafiyadır, ayrı-ayrı sahələr var ki, bunlar orduda vacibdir. Həm texnikanın istifadəsi üçün, həm də ümumilikdə götürdükdə gələcəkdə fəaliyyət istiqamətlərini davam etdirmək üçün. Amma elə sahələr var ki, onların özü də nizamlanmalıdır”.

Siyavuş Novruzov ordumuzun NATO standartlarına uyğun olaraq davamlı addımlar atılmasının zəruriliyindən də bəhs edib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov həmkarının fikirlərinə münasibət bildirib:

“Siyavuş müəllim təklif edir ki, o magistrlərə, o rezidenturada oxuyan şəxslərə, doktorantlara üstünlük verilsin ki, onlar fundamental elmlərlə məşğuldurlar. Yəni misal üçün, deyirsiniz ki, fəlsəfənin, filologiyanın bura nə dəxli var. Riyaziyyatdır, fizikadır, kimyadır - bunlar fundamental elmlərdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır. Bu məntiq də fəlsəfədir. Hərbi qulluqçular ədəbiyyatı da, filologiyanı da, dilçiliyi də gözəl bilməlidirlər”./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!