ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib.
"Yeni Sabah" xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib.
"İran hazırda, demək olar ki, heç nə edə bilmir. İstəsəydik, bütün nefti ələ keçirə bilərdik. Bütün ölkəni ələ keçirə bilərdik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir. Biz də belə qalmasını təmin edəcəyik", - deyə Tramp bildirib. Sezar pizza
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
İyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Dünya üzrə neft ticarətinin təxminən 25%-i, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20%-i Hörmüz boğazından həyata keçirilir./Oxu.az
Telegram kanalımız