Gürcüstanda saxlanılan maşınlarla bağlı məsələ böyüyür: Zərbəliyev kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda saxlanılan maşınlarla bağlı məsələ böyüyür: Zərbəliyev kimdir?

Avto

23 Oktyabr 2026 11:15 376


Amerika Birləşmiş Ştatlarından Azərbaycana avtomobil idxalı ilə məşğul olan logistika və diler şirkətlərinin qanunsuz əməlləri nəticəsində yüzlərlə vətəndaş və sahibkar böyük maliyyə itkisi ilə üz-üzə qalıb.

Zərərçəkənlərdən birinin  “Yeni Sabah”a  müraciətinə əsasən, “Azad Logistics and Shipping” şirkətinin təsisçisi və rəhbəri Samir Zərbəliyevdir və hazırda onun Dubayda olduğu bildirilir:

“Mən zərərçəkmiş şəxs kimi bu şirkətlə bağlı dərindən araşdırma aparmışam. Araşdırmalarıma əsasən, Azad Logistics and Shipping şirkətinin təsisçisi və rəhbəri Samir Zərbəliyevdir. Hazırda onun Dubayda olduğu bildirilir. pizza mizza

İddialara görə, müştərilərdən alınan ödənişlər mənimsənilib, həmin vəsaitin bir hissəsi ilə Dubayda yeni şirkət yaradılıb. Eyni zamanda, ABŞ-dakı anbar xidməti göstərən “PGL” şirkətinə təxminən 450 min ABŞ dolları məbləğində borcun ödənilmədiyi bildirilir. Bu səbəbdən anbarlarda qalan və sahiblərinin təhvil ala bilmədiyi avtomobillərlə bağlı problemlər yaranıb.

Bundan əlavə, Samir Zərbəliyev Azərbaycanda “MTC Forwarder” adlı yeni şirkət yaradıb. Şirkətin Babək Plazada fəaliyyət göstərir. Özü hazırda Azərbaycanda olmasa da, şirkətin əməkdaşlarının fəaliyyətini davam etdirdiyi qeyd olunur. Logistika sahəsində fəaliyyət göstərən və bu xidmətlərdən istifadə edən şəxslər arasında “MTC Forwarder” şirkətinin də Samir Zərbəliyevə aid olduğu barədə məlumatın yayıldığını müşahidə etmişəm”.

Zərərçəkənin göndərdiyi sənədlərdə Samir Zərbəliyevin Gürcüstanda qeydiyyat və vergi identifikasiya məlumatları, eləcə də göndərici (shipper) bölməsində onun adı və pasport məlumatları əks olunub:

“Məni narahat edən digər məqam isə bu məsələ ilə bağlı yayılan xəbərlərdə müxtəlif şəxslərin adlarının hallandırılmasıdır. Bir xəbərdə Elnurun, digərində isə Ramil Nağızadənin adı çəkilib, başqa bir səhifədə isə fərqli şəxsin adı qeyd olunub. Mənim qənaətimə görə, bu vəziyyət əsas məsuliyyət daşıyan şəxsin kimliyi ilə bağlı qarışıqlıq yaradır.

İstəyirəm ki, faktlar dəqiqləşdirilsin, şirkətlərin təsisçiləri və rəhbərləri barədə məlumatlar yoxlanılsın, zərərçəkmiş şəxslərin üzləşdiyi problemlər obyektiv şəkildə işıqlandırılsın”.

Qeyd edək ki, ABŞ-dən gətirilən təqribən 400-ə yaxın nəqliyyat vasitəsi artıq 2 aydır ki, Gürcüstanın Poti limanında saxlanılır və ölkəyə keçirilməsinə icazə verilmir. Əsas problem avtomobilləri daşıyan “Azad Logistika” şirkətinin Amerikadakı tərəfdaş tərəfə olan təxminən 750 min dollar borcundan qaynaqlanır. Xarici şirkət ödənişi ala bilmədiyi üçün avtomobillərin Azərbaycana təhvil verilməsinə qadağa qoyub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!