Gənclər niyə evlənmir? – “Zərərli vərdişləri olan insanların…”

saytların hazırlanması

Evə çatdırılma

Gənclər niyə evlənmir? – “Zərərli vərdişləri olan insanların…”

Sosial

23 Oktyabr 2026 22:24 236


Son illər gənclərin ailə qurmağı daha gec yaşlara saxlaması müzakirə olunan sosial məsələlərdən biridir. Mənzil qiymətləri, maddi çətinliklər, işsizlik və gələcəklə bağlı planlar gənclərin qərarlarına təsir edir.

Bəs gənclər niyə ailə qurmağa tələsmirlər və bu vəziyyətin dəyişməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, gənclərin ailə qurmasını gecikdirən əsas səbəblərdən biri maddi çətinliklərdir: Marqarita pizza

“Birinci növbədə bu məsələ maddi imkanlarla bağlıdır. Bir çox gəncin mənzil problemi həll olunmadığı üçün ailə qurmaqdan çəkinir. Digər tərəfdən, müəyyən mənada düşüncə tərzində də dəyişiklik var. Müasir gənclər ailə institutuna əvvəlki dövrlərdə olduğu qədər ciddi yanaşmır, ailə qurmağı daha gec yaşlara təxirə salırlar. Bu da düşündürücü məqamlardan biridir. Təbii ki, sosial ipoteka hər kəs üçün əlçatan olarsa, gənclərin daha tez ailə qurmasına şərait yarana bilər. Eyni zamanda, məşğulluqla bağlı problemlər də mövcuddur. Sabit iş yeri və təminatlı gəlir olmayanda insanlar evlənməyə o qədər də həvəsli yanaşmırlar. Çünki bu amillər gələcəkdə ailənin təməlinin sarsılmasına səbəb ola bilər”.

Deputatın sözlərinə görə, gənclərin ünsiyyət qurduğu mühitin məhdud olması da ailə qurmağı gecikdirir:

“Digər tərəfdən, bəzi gənclərin sosiallaşma mühiti məhdud olduğundan özlərinə uyğun insanı tapmaqda çətinlik çəkirlər. Bu da ailə qurmaq prosesinə təsir göstərir. Ümumiyyətlə, bu məsələyə təsir edən bir çox amil var. Mənim fikrimcə, burada ən başlıca məsələ məşğulluq probleminin həllidir. Gənclərin işlə təmin olunması və sabit gəlir əldə etməsi mümkün olarsa, ailə qurmağı gecikdirən əsas səbəblərdən biri aradan qalxar. Bununla yanaşı, sağlamlıq riskləri də müəyyən rol oynayır. Zərərli vərdişləri olan insanların sayının çoxluğu bəzi gənclərdə narahatlıq yaradır və onları ailə qurmaqdan çəkindirir. Bu məsələnin bir neçə tərəfi var. Təhsil səviyyəsi, insanların cəmiyyətdəki proseslərə uyğunlaşması və həyatın çətinliklərinə hazır olması da nəzərə alınmalıdır. Ümumilikdə, bir çox insan müxtəlif sosial və şəxsi çətinliklərlə üzləşir. Bu səbəbdən də ailə qurmamağın və ya bu qərarı gecikdirməyin səbəblərini yalnız bir amillə izah etmək düzgün olmaz”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!