Ananızın səsi ilə zəng edib pul istəsələr,   bunu mütləq soruşun - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Ananızın səsi ilə zəng edib pul istəsələr, bunu mütləq soruşun - XƏBƏRDARLIQ

Sosial

20 Oktyabr 2026 21:38 233


Artıq süni intellektlə elə saxta səslər və videolar hazırlamaq mümkündür ki, doğma adamınızı belə tanımaqda çətinlik çəkə bilərsiniz.

Bəs anamız, həyat yoldaşımız və ya övladımızın səsi ilə zəng edib təcili pul istəsələr, bunun saxta olduğunu necə biləcəyik?

Belə hallarda aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? Marqarita pizza

Mövzu ilə bağlı  informasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov “Yeni Sabah”a açıqlamasında deyib ki, əvvəlcə tanımadığımız nömrədən zəng edən şəxsin kim olduğunu dəqiqləşdirmək lazımdır:

“Bunun bir neçə yolu var. İlk növbədə, düşünmək lazımdır ki, niyə saxta yaxınlar və ya qohumlar başqa telefon nömrələrindən zəng edirlər? İkinci məsələ isə ailədaxili təhlükəsizliklə bağlıdır. Mən artıq yaxınlarıma da tövsiyə edirəm ki, ailə daxilində gizli bir söz və ya parol müəyyən etsinlər. Belə bir vəziyyətlə qarşılaşdıqda, zəng edən şəxsdən həmin gizli sözü soruşsunlar. Əgər zəng edən həqiqətən ailə üzvüdürsə, bu sözü biləcək. Beləliklə, gizli sözün müəyyən edilməsi dələduzların ifşa olunmasına və insanların aldadılmasının qarşısının alınmasına kömək edə bilər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!