Zelenski Oslodakı danışıqların detallarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Oslodakı danışıqların detallarını açıqladı

Dünya

21 Oktyabr 2026 00:58 93


Norveçin paytaxtı Osloda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi, enerji barışığı və Rusiya ilə Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşü müzakirə edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya tərəfinə təqdim edəcəyi sənəddə müxtəlif növ təhlükəsizlik zəmanətləri qeyd olunub. Dominos pizza

"Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandırarsa, Ukrayna Rusiya enerji sektorunun həssas obyektlərinə zərbələr endirməməyə hazırdır. Kiyev Vaşinqtonun enerji barışığı ilə bağlı təklifini dəstəklədi, lakin Moskva zərbələr endirməyə davam etdi. Biz nizamlanma üçün müxtəlif variantlar təklif edirik və həll yolu axtarmağa davam edirik", - o qeyd edib.

O həmçinin yalnız ən yüksək səviyyədə nizamlana biləcək məsələlərin həlli üçün liderlərin mümkün üçtərəfli görüşü ideyası üzərində iş aparıldığını bildirib. Zelenskinin sözlərinə görə, Uitkoff oktyabrın 21-də Rusiyaya səfəri zamanı bu təklifi Putinlə müzakirə edəcək.

Xatırladaq ki, oktyabrın 20-də Osloda Avropa, Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçirilib. Finlandiya Prezidenti Aleksandr Stubb qeyd edib ki, danışıqlarda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında real irəliləyiş əldə olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!