Bakıda çoxmərtəbəli binada yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda çoxmərtəbəli binada yanğın oldu

Hadisə

21 Oktyabr 2026 00:26 68


Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Dominos pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində 17 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verən yanğın qısa müddətdə söndürülüb. Alovun digər mənzillərə və binaya yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!